Photo Stock

6.4K posts

Photo Stock banner
Photo Stock

Photo Stock

@PhotoStockaz

“PhotoStock” layihəsi özündə bir çox fotoqrafları birləşdirən Azərbaycanın ən böyük fotobanklarından biridir. https://t.co/9cF264LTN8

Azerbaijan 参加日 Mayıs 2021
6 フォロー中323 フォロワー
Photo Stock
Photo Stock@PhotoStockaz·
🇦🇿 Gecə işıqları altında parlayan Bakı. 📸 Foto 18.02.2020-ci il tarixində çəkilib. #bakışəhəri #photostockaz #gecəgörüntüsü #bakı #azərbaycan
Photo Stock tweet media
Türkçe
0
0
0
6
Photo Stock
Photo Stock@PhotoStockaz·
🚉 Sərnişinlərin istifadəsinə veriləcək Kürdəmir stansiyası 🇦🇿 “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 🚆 sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə 🌍 18 aprel 2026-cı il tarixindən 📆 etibarən Kürdəmir stansiyasını sərnişinlərin istifadəsinə verəcək. Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı 🚄, eləcə də həftəsonları və bayram günləri 🎉 təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq ⛔️🚉. Yenidən qurulan Kürdəmir stansiyasında 🏗 müasir standartlara cavab verən ümumi gözləmə zalı 🪑 ilə yanaşı, VİP zal da sərnişinlərin 💼 xidmətində olacaq. 🔴 Stansiyanın qarşısında şəxsi avtomobillərin parkinqi üçün 🚗 ərazi mövcuddur. Bakı–Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 💰 11.10 AZN təşkil edir . Qatar 203 km-lik məsafəni 🛤 2 saat 11 dəqiqəyə ⏱️ qət edəcək. 📸 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/69E1E5CB… #kürdəmirstansiyası #photostockaz #azərbaycandəmiryolları #qatar #ady #kürdəmir #bakı #azərbaycan
Photo Stock tweet mediaPhoto Stock tweet mediaPhoto Stock tweet mediaPhoto Stock tweet media
Türkçe
0
2
2
100
Photo Stock
Photo Stock@PhotoStockaz·
🇦🇿 Köhnə məhəllələrdən yüksələn modern Bakı mənzərəsi. 📸 Foto 03.04.2017-ci il tarixində çəkilib. #bakışəhəri #photostockaz #bakı #alovqüllələri #azərbaycan
Photo Stock tweet media
Türkçe
0
1
6
157
Photo Stock
Photo Stock@PhotoStockaz·
🧘‍♀️ Fiziki və mənəvi rahatlıq təmin edən itlərlə meditasiya 🐶 Son illər dünyada populyarlaşan itlərlə meditasiya 🌍 klassik məşqlərdən fərqli olaraq fiziki hərəkətlərlə yanaşı emosional 💆‍♂️ rahatlığı da ön plana çıxarır. Seanslar zamanı iştirakçılar yoqa hərəkətləri edərkən 🧘 ətrafda sərbəst dolaşan it balaları ilə təmasda olur 🐾, bu isə prosesə xoş əhvali-ruhiyyə və pozitivlik qatır. Mütəxəssislərin fikrincə 👩‍⚕️, heyvanlarla ünsiyyət insan orqanizmində stresin azalmasına və xoşbəxtlik hormonlarının artmasına 🧠 səbəb olur. 🐕 Xüsusilə itlər insanın emosional vəziyyətinə tez reaksiya verdiyi üçün meditasiya zamanı daxili sakitliyin təmin olunmasına kömək edir. Bu cür seanslar təkcə 💤bədəni deyil, zehni də rahatladır. İtlərlə meditasiya həm də sosial bir təcrübədir. İnsanlar burada məşq etməklə yanaşı, heyvanlara qarşı daha həssas və ❤️ məsuliyyətli yanaşma formalaşdırırlar. 📸 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/69D63708… #yoqa #photostockaz #meditasiya #it #sağlamlıq #bakı #azərbaycan
Photo Stock tweet mediaPhoto Stock tweet mediaPhoto Stock tweet mediaPhoto Stock tweet media
Türkçe
0
0
0
7
Photo Stock
Photo Stock@PhotoStockaz·
🇦🇿 Hər daşında keçmişin izlərini daşıyan İçərişəhər. 📸 Foto 23.05.2025-ci il tarixində çəkilib. #içərişəhər #photostockaz #oldtown #bakı #azərbaycan
Photo Stock tweet media
Türkçe
0
0
0
23
Photo Stock
Photo Stock@PhotoStockaz·
🐈 160-a yaxın pişiyi yuva ilə təmin edən sığınacaq 📆 2024-cü ildə fəaliyyətə başlayan bu sığınacaq cəmi üç küçə pişiyi ilə qurulub. Bu gün isə burada ⚡️ 160-a yaxın pişik qorunur və onların hər biri küçədən ağır vəziyyətdə götürülərək həyata qaytarılıb. ℹ️ Sığınacaq 5 nəfərlik heyət tərəfindən idarə olunur və bütün xərclər əsasən onların şəxsi vəsaitləri hesabına qarşılanır. 🙏 Bununla yanaşı, müxtəlif insanlar tərəfindən edilən ianələr və hədiyyələr də fəaliyyətin davamlılığında mühüm rol oynayır. 🔴 Buraya gətirilən pişiklər əsasən küçəyə atılmış, maşın vurmuş, xəstə və ya soyuq şəraitdə həyatda qalmağa çalışan heyvanlardır.📍 Sığınacaqda onlar ilkin tibbi yardımla təmin olunur, müalicə edilir, qısırlaşdırılır və peyvəndlənir. 📸 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/69D63CFB… #pişiksığınacağı #pişik #photostockaz #bakı #azərbaycan
Photo Stock tweet mediaPhoto Stock tweet mediaPhoto Stock tweet mediaPhoto Stock tweet media
Türkçe
0
0
1
17
Photo Stock
Photo Stock@PhotoStockaz·
🕌 Quba şəhərində yerləşən Cümə məscidi 📍 Zəngin memarlıq üslubuna malik olan Quba şəhərindəki Cümə məscidi 1802-ci ildə Qazı İsmayıl əfəndinin maddi yardımı ilə tikilib. 📆 1792-ci ildə inşaat işlərinə başlanılan binanın tikintisi müəyyən fasilələrlə ⏳ on ilə başa çatdırılıb. 🏫 Məscid və onun nəzdində olan mədrəsə 📚 1924-cü ilədək fəaliyyət göstərib. 🚫 Sovet dövründə digər dini məkanlar kimi onun da fəaliyyəti qadağan edilib. 🏗 1933-cü ildə mədrəsə və 🕌 minarə, sonralar isə digər tikililər dağıdılıb. 👥 Məscidin dağıdılacağını bilən rayon əhalisi 🌙 gecə ilə buraya ⚙️ dəyirman daşları və 🌾 buğda gətirərək məscidi dəyirmana çevirib ki, ibadət ocağı dağıdılmasın. 📦 Bir müddətdən sonra anbar kimi istifadə olunan binada daha sonra 🧶 xalça muzeyi fəaliyyət göstərib. 🇦🇿 Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra tikili yenidən 🕌 dini qurum kimi fəaliyyətə başlayıb. 📸 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/69BAAB40… #cüməməscidi #photostockaz #qubacüməməscidi #məscid #quba #azərbaycan
Photo Stock tweet mediaPhoto Stock tweet mediaPhoto Stock tweet mediaPhoto Stock tweet media
Türkçe
0
0
0
17
Photo Stock
Photo Stock@PhotoStockaz·
🫂 Qəbələnin Laza kəndində eyni damın altında keçən uşaqlıq. 📸 Foto 05.06.2012-ci il tarixində çəkilib. #lazakəndi #photostockaz #kəndhəyatı #uşaq #qəbələ #azərbaycan
Photo Stock tweet media
Türkçe
0
2
4
110
Photo Stock
Photo Stock@PhotoStockaz·
🎨 Rənglərin dili ilə danışan rəssam Mir Azər Abdullayev 📍 Rəssam Mir Azər Abdullayev 1971-ci ildə Bakıda anadan olub və onun 🖌 yaradıcılığa marağı uşaqlıq illərindən formalaşıb. Bu maraq zamanla peşəkarlığa çevrilib və onu 🧑‍🎨 sənət dünyasında tanınan simalardan biri edib. 🏫 İlk təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alan Mir Azər Abdullayev 1991–1997-ci illərdə 🎓 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib. Hər iki təhsil ocağını 🏅 fərqlənmə diplomu ilə başa vurub. 👨‍🏫 Bu gün o, artıq 15 ildən çoxdur ki, həmin universitetdə müəllim kimi fəaliyyət göstərir. 👥 Gənc rəssamlarla daim ünsiyyətdə olan sənətkar tələbələrinə hər zaman 📚 öz üzərilərində işləməyi, çətinliklər qarşısında 💪 ruhdan düşməməyi tövsiyə edir. 🏠 Rəssamın yaradıcılığında 🛠 emalatxanası xüsusi yer tutur. İllərdir əsərlərini ərsəyə gətirdiyi bu məkan onun üçün ❤️ ən doğma yerlərdən biridir. 🎨 Müxtəlif texnikalarda əsərlər yaratsa da, o, daha çox 🖌 yağlı boya ilə işləməyə üstünlük verir. 📸 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/69D63EF4… #rəssam #photostockaz #photostock #mirazərabdullayev #bakı #azərbaycan
Photo Stock tweet mediaPhoto Stock tweet mediaPhoto Stock tweet mediaPhoto Stock tweet media
Türkçe
0
0
0
24