🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ kiçik çavuşu, İkinci Qarabağ müharibəsi iştirakçısı Anar Umarov 1991-ci il mayın 12-də Yevlax şəhərində anadan olmuşdur.
O, 2 noyabr 2020-ci ildə Tərtər uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.
Allah rəhmət eləsin!
12 May – Beynəlxalq Tibb Bacıları Günü.
İnsan sağlamlığının qorunması yolunda böyük məsuliyyət və fədakarlıqla çalışan bütün tibb bacılarının peşə bayramını təbrik edirik. Sizin zəhmətiniz və qayğınız cəmiyyət üçün çox dəyərlidir.
Zirvə Gənclərinin İnkişaf Klubunda yeni bir mərhələ başlayır!
Klubun yeni idarə heyəti artıq fəaliyyətə başlayıb və qarşıdakı dövrdə daha innovativ layihələr, aktiv təşəbbüslər və uğurlu fəaliyyətlər üçün çalışacaq.
🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı Kamran Quliyev 1992-ci il mayın 11-də Salyan rayonunda anadan olmuşdur.
O, 5 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.
Allah rəhmət eləsin!
“Vətənə həsr olunmuş ömür: 103 illik eşq” adlı tədbir keçirildi 🇦🇿
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirdə vətənpərvərlik ruhu, milli dəyərlər və gənclərin inkişafı mövzuları ön plana çəkildi.
🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin Əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı Cavid Əliyev 1996-cı il mayın 10-da Tovuz rayonunda anadan olmuşdur.
O, 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.
Allah rəhmət eləsin!
“Bir millətin taleyinə işıq olan ömür…”
🇦🇿 Ulu öndər — xalqının taleyini dəyişən, dövlətçiliyimizi möhkəmləndirən və Azərbaycanın adını dünyaya ucaldan böyük şəxsiyyət. Onun müdrikliyi, qətiyyəti və xalqa sonsuz sevgisi bu gün də hər bir azərbaycanlının qəlbində yaşayır.
📚 Ulu Öndərin 103 illiyinə həsr olunmuş “Kitab Oxu” aksiyasına qoşulmağa hər kəs dəvətlidir!
Mütaliə sevgisini artırmaq, gənclərin maariflənməsinə töhfə vermək və intellektual müzakirələr üçün bir araya gəlirik.
🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin Əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı Elmaz Hacıyev 1994-cü il mayın 9-da Şamaxı rayonunda anadan olmuşdur.
O, 4 noyabr 2020-ci ildə Laçının uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.
Allah rəhmət eləsin!
🇦🇿 9 May – Faşizm üzərində Qələbə Günü.
Zirvə Gənclərinin İnkişaf Klubu olaraq, bu əlamətdar gündə qəhrəmanlıq göstərən bütün igidlərin xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Onların göstərdiyi şücaət və fədakarlıq hər zaman örnək olaraq qalacaq. 🕊️
“Ulu Öndər Heydər Əliyev: Azərbaycan adlı şah əsərin müəllifi” adlı esse müsabiqəsinin qalibləri 🏆.
Zirvə Gənclərin İnkişaf Klubu tərəfindən təşkil olunan esse müsabiqəsində qalib olan iştirakçılarımızı ürəkdən təbrik edirik!
8 May – Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Günü
Bu gün insanlara yardım etməyi həyat missiyasına çevirən bütün könüllülərin və əməkdaşların günüdür. Onların göstərdiyi qayğı və dəstək cəmiyyət üçün böyük nümunədir.
🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı Kazım Məmmədsalahov 1989-cu il mayın 7-də Şəki rayonunda anadan olmuşdur.
O, 7 oktyabr 2020-ci ildə Tərtər uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.
Allah rəhmət eləsin!
Əziz gənclər!
“Zirvə Gənclərinin İnkişaf Klubu” olaraq inkişaf yolunda özünü sınamaq, yeni bilik və bacarıqlar qazanmaq istəyən gəncləri komandamıza qoşulmağa dəvət edirik.
🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin Kapitanı, İkinci Qarabağ müharibəsi iştirakçısı Şirbala Hüseynov 1990-cı il mayın 6-da Sumqayıt şəhərində anadan olmuşdur.
O, 1 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.
Allah rəhmət eləsin!
Dəyərli izləyicilər!
06.05.2026-ci il tarixində "Zirvə Gənclərin İnkişaf Klubu"nun üzvü Maqsud Əhmədzadənin moderatorluğu ilə Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı Ceyhun Məmmədovla canlı yayım keçiriləcəkdir.