4SİM Azərbaycan - C4IR Azerbaijan
581 posts

4SİM Azərbaycan - C4IR Azerbaijan
@4simgovaz
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin X sosial şəbəkəsində rəsmi səhifəsi
Üzeyir Hacıbəyli küç. 84 Katılım Mayıs 2023
21 Takip Edilen196 Takipçiler

11 mart tarixində “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində keçirilən ikinci təcrübə mübadiləsi sessiyasından əsas məqamlar.
#4sim #c4irAzerbaijan #industry4az
Türkçe

4SİM tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” uğurla davam edir. Artıq proqrama qoşulan 18 müəssisəyə texnoloji və dayanıqlı inkişaf üzrə yol xəritələri təqdim edilib və onlar icra mərhələsinə başlayıblar.
“Azərsun Holdinq” qabaqcıl texnologiyaların tətbiqini genişləndirmək və istehsal proseslərini daha səmərəli təşkil etmək məqsədilə üç müəssisəsi ilə proqramda iştirak üçün müraciət edib. Bunlar “Sun Tea” MMC, “AzərSüd” MMC və “Qafqaz Konserv Zavodu” MMC-nin tərkibinə daxil olan Xaçmaz Konserv Fabrikidir.
Ətraflı - shorturl.az/FdyQL
#4sim #industr4az

Türkçe
4SİM Azərbaycan - C4IR Azerbaijan retweetledi

İqtisadiyyat naziri Mikayıl Cabbarov (@MikayilJabbarov) Çinin “iSoftStone” şirkətinin icraçı vitse-prezidenti Li Huanq ilə görüşüb.
Ətraflı - shorturl.az/mZvSU
#EconomyAz


Türkçe

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində ikinci təcrübə mübadiləsi sessiyası keçirilib.
Ətraflı - shorturl.az/yLpHy
#4sim #c4irAzerbaijan




Türkçe
4SİM Azərbaycan - C4IR Azerbaijan retweetledi

İqtisadiyyat naziri Mikayıl Cabbarov (@MikayilJabbarov) dördüncü “Yüksəliş” (@yukselish_az) müsabiqəsinin qalibləri Toğrul Yaqublu və Təbriz Əmmayevlə Mentorluq proqramı çərçivəsində görüşlər keçirib.
Ətraflı - shorturl.az/jyGbw
#EconomyAz




Türkçe

“Elm və sənaye klasteri 4.0” formalaşdırılması üzrə 4SİM və Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq davam edir.
Ətraflı - shorturl.az/BAoBN
#4sim #aztu #c4irAzerbaijan

Türkçe
4SİM Azərbaycan - C4IR Azerbaijan retweetledi

İqtisadiyyat naziri Mikayıl Cabbarov (@MikayilJabbarov) “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru Honq Namkunq ilə görüşüb.
Ətraflı - shorturl.az/btOmE
#EconomyAz




Türkçe

@AmChamAz tərəfindən təşkil olunan işgüzar naharda İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2026-2029-cu illəri əhatə edən rəqəmsal iqtisadiyyatın inkişafına dair strategiya, müəssisələrin rəqəmsal və yaşıl transformasiyası, sənaye 4.0 ekosistemi və startapların inkişafı, yaradıcı süni intellekt (GenAI) həlləri və insan kapitalının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.
#4sim #c4irAzerbaijan


Türkçe

“Milli Proqram” davam edir – Tərəfdaşlıqla bağlı çağırış
“4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram”ın birinci ili uğurla başa çatmaq üzrədir. Bir il ərzində proqram ölkəmizdə sənaye 4.0 texnologiyaları sahəsində bilik və bacarıqların inkişafına və rəqabətli insan kapitalının formalaşmasına mühüm töhfə verib.
📢 Tərəfdaşlıqla bağlı şirkətlərə müraciət
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) sizi “Milli Proqram”ın tərəfdaşları arasında yer almağa dəvət edir.
Bu təşəbbüsə qoşulmaqla siz potensial ixtisaslı kadr bazasına birbaşa çıxış imkanı əldə edir, korporativ sosial məsuliyyət nümayiş etdirir və rəqabətli insan kapitalının formalaşmasında əhəmiyyətli rol oynayırsınız.
Qeyd edək ki, Proqram 4SİM, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və “Coursera” şirkətinin əməkdaşlığı, SOCAR, “PASHA Holding”, bp, JOCAP və “Azerconnect Group” şirkətlərinin tərəfdaşlığı ilə icra olunur.
Birlikdə Azərbaycanın texnoloji transformasiyasını sürətləndirək!
Müraciət üçün: office@4sim.gov.az

Türkçe


