Azerbaijani Diaspora

18.4K posts

Azerbaijani Diaspora banner
Azerbaijani Diaspora

Azerbaijani Diaspora

@DiasporaAz

State Committee on Work with Diaspora of the Republic of Azerbaijan | Государственный Kомитет по Работе с Диаспорой Азербайджанской Республики

Azerbaijan, Baku Katılım Ekim 2012
7 Takip Edilen23.7K Takipçiler
Azerbaijani Diaspora
Azerbaijani Diaspora@DiasporaAz·
Qırğızıstanda beynəlxalq əməkdaşlıq və dostluq əlaqələrinin inkişafına həsr olunan görüş keçirilib Qırğız cəmiyyətlərinin xarici ölkələrlə dostluq və əməkdaşlıq üzrə İttifaqında Bişkek və Qırğızıstan yepiskopu Savvati ilə görüş keçirilib. Görüşdə Qırğız cəmiyyətlərinin xarici ölkələrlə dostluq və əməkdaşlıq üzrə İttifaqının prezidenti, iqtisad elmləri namizədi Arslanbek Maliyev, akademik, Qırğızıstan–Hindistan Dostluq Cəmiyyətinin prezidenti Asılbek Aydaraliyev, tibb elmləri namizədi, “Qırğızıstan-Azərbaycan” Dostluq və Əməkdaşlıq Birliyinin sədri Akif Alaferdov, Qırğız Respublikası–ABŞ Dostluq Cəmiyyətinin prezidenti Taken Axmatbayev, Qırğız Respublikası–Böyük Britaniya Dostluq Cəmiyyətinin prezidenti Kuban Kenjebayev, eləcə də İttifaqın əməkdaşları iştirak ediblər. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, beynəlxalq humanitar və mədəni əməkdaşlığın inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları, həmçinin bir-birlərini Novruz və Ramazan bayramları münasibətilə təbrik edib, bu bayramların mənəvi birlik, qarşılıqlı hörmət və xalqlar arasında dostluq ənənələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Tərəflər gələcəkdə də müxtəlif səviyyələrdə bu kimi görüşlərin keçirilməsinə və birgə layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını ifadə ediblər. Məlumat üçün bildirək ki, Akif Alaferdov 7 yanvar 2026-cı ildə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub. #AzDiaspora #DiasorKomitəsi
Azerbaijani Diaspora tweet mediaAzerbaijani Diaspora tweet mediaAzerbaijani Diaspora tweet mediaAzerbaijani Diaspora tweet media
Türkçe
2
0
12
330
Azerbaijani Diaspora
Azerbaijani Diaspora@DiasporaAz·
ABŞ-nin Florida ştatının Melburn şəhərində Florida Ştatı Musiqi Müəllimləri Assosiasiyasının (“Florida State Music Teachers Assosiation – FSMTA”) “Qadın bəstəkarlar: səslər, irs və interpretasiya” mövzusunda 5-ci konfransı baş tutub. Tədbir musiqi müəllimlərini, tələbələri və musiqisevərləri bir araya gətirərək peşəkar inkişaf və həmkarlar arasında fikir mübadiləsi üçün geniş imkanlar yaradıb. Həmçinin qadın bəstəkarların yaradıcılığı tarixi kontekst, ifaçılıq xüsusiyyətləri və pedaqoji yanaşmalar baxımından ətraflı təhlil olunub. Xüsusilə Azərbaycanlı qadın bəstəkarlar – Firəngiz Əlizadə, Əzizə Mustafazadə, Adilə Yusifova və digərlərinin əsərləri dinləyicilərin marağı ilə qarşılanıb. Boston Universitetinin doktorantura namizədi, peşəkar pianoçu və pedaqoq Leyla Zeynalovanın mühazirəsini və ustad dərsini iştirakçılar yüksək qiymətləndirib. diaspor.gov.az/az/news-detail… #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #Azerbaijan #ABŞ
Azerbaijani Diaspora tweet media
Türkçe
0
0
5
66
Azerbaijani Diaspora
Azerbaijani Diaspora@DiasporaAz·
ABŞ-nin Cənubi Karolina ştatının Qrinvil (Greenville) şəhərində yerləşən “Green Elementary” məktəbində müxtəlif ölkələrin mədəniyyətlərini tanıdan beynəlxalq festival keçirilib. Festivalda ölkəmizi Cənubi Karolinada fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatı təmsil edib. Festival çərçivəsində qurulan Azərbaycan guşəsində milli mədəniyyətimizi, tariximizi və ənənələrimizi əks etdirən materiallar sərgilənib. Təşkilatın rəhbəri Adika İqbal qonaqlara Azərbaycan haqqında ətraflı məlumat verib, ölkəmizin zəngin mədəni irsi və müasir inkişafını iştirakçıların diqqətinə çatdırıb. diaspor.gov.az/az/news-detail… #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #Azerbaijan #ABŞ
Azerbaijani Diaspora tweet media
Türkçe
0
0
8
83
Azerbaijani Diaspora
Azerbaijani Diaspora@DiasporaAz·
Finlandiyada yaşayan azərbaycanlı həkim Səbinə Mirzəyeva Finlandiya Həkimlər Birliyinə üzv seçilib. Onun bu uğuru və fəaliyyəti Finlandiyanın nüfuzlu “Lääkärilehti” tibbi jurnalında işıqlandırılıb. Nəşrdə soydaşımızla müsahibə dərc olunub. Müsahibədə birliyə üzvlük, Finlandiyaya köçdükdən sonra yerli cəmiyyətə uyğunlaşmaq, həkimlik fəaliyyətinə başlamaq kimi məqamlara diqqət yetirilib. Səbinə Mirzəyeva öz təcrübələrini də nəzərə alaraq Finlandiyaya miqrasiya edən həkimlərə dəstək məqsədilə yeni icma yaratmaq arzusunu dilə gətirib. diaspor.gov.az/az/news-detail… #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #Azerbaijan #Finlandiya
Azerbaijani Diaspora tweet media
Türkçe
0
2
9
133
Azerbaijani Diaspora
Azerbaijani Diaspora@DiasporaAz·
Macarıstanın paytaxtı Budapeştdə yerləşən Azərbaycan Evində Novruz bayramı münasibətilə xeyriyyə yarmarkası keçirilib. Yarmarkada soydaşlarımızın Novruz ənənələrinə uyğun hazırladıqları müxtəlif şirniyyatlar və Azərbaycan mətbəxinin zəngin, ləziz təamları satışa çıxarılıb. Satışdan əldə olunan gəlirin bir hissəsi imkansız ailələrə dəstək üçün ayrılıb. Yarmarkaya Macarıstanda yaşayan azərbaycanlılarla yanaşı, yerli sakinlər və xarici qonaqlar da böyük maraq göstərib. Ziyarətçilər bu təşəbbüsü yüksək qiymətləndirərək, ölkəmizə xas milli məhsulları əldə etməklə xeyriyyə aksiyasına öz töhfələrini veriblər. diaspor.gov.az/az/news-detail… #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #Azerbaijan #Macarıstan #Novruz
Azerbaijani Diaspora tweet media
Türkçe
0
2
10
95
Azerbaijani Diaspora
Azerbaijani Diaspora@DiasporaAz·
ABŞ-nin Konnektikut ştatının Hartford Universitetində “Qərblə şərqin görüşü” (“West Meets East”) adlı konsert keçirilib. Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Konnektikut ştatında yaşayan azərbaycanlı musiqiçi, Hartford Universitetinin professoru Kamilla Məmmədovanın təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan icmasının nümayəndələri, xarici qonaqlar, universitetin professor-müəllim və tələbə heyəti, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı iştirak edib. Əvvəlcə Azərbaycan və onun zəngin mədəni irsindən bəhs edən videoçarx nümayiş olunub. Kamilla Məmmədova açılış nitqi ilə çıxış edərək ölkəmizin zəngin musiqi mədəniyyətinin tarixi, milli ənənələri və bu irsin dünya xəzinəsinə verdiyi dəyərlər haqqında danışıb. Belə tədbirlərin mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması və inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. diaspor.gov.az/az/news-detail… #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #Azerbaijan #ABŞ
Azerbaijani Diaspora tweet media
Türkçe
0
0
5
72
Azerbaijani Diaspora
Azerbaijani Diaspora@DiasporaAz·
Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evində ölkəmizin tarixi, mədəniyyəti və diaspor fəaliyyəti ilə bağlı geniş təqdimat olub. Tədbir zamanı Azərbaycanın beynəlxalq müstəvidə tanıdılması istiqamətində görülən işlər, xaricdə fəaliyyət göstərən Azərbaycan Evlərinin rolu geniş müzakirə edilib. Tədbirdə milli layihələr üzrə mütəxəssis Pia Halttunen və beynəlxalq layihələr üzrə mütəxəssis Jaana Savel, eləcə də Satakunta Tətbiqi Elmlər Universitetinin kommunikasiya üzrə mütəxəssisi Jatta Lehtonen və digərləri iştirak ediblər. Qonaqlara Azərbaycanın zəngin mədəni irsi, multikultural dəyərləri, çoxəsrlik dövlətçilik ənənələri və müasir inkişaf mərhələsi barədə müfəssəl məlumat verilib. diaspor.gov.az/az/news-detail… #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #Azerbaijan #Finlandiya
Azerbaijani Diaspora tweet media
Türkçe
0
2
8
117
Azerbaijani Diaspora
Azerbaijani Diaspora@DiasporaAz·
Çexiyanın paytaxtı Praqada yerləşən Beynəlxalq Münasibətlər İnstitutunda Qarabağ xanının qızı, görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın və həyat yoldaşı, şahzadə Xasay xan Usmiyevin həyatından bəhs edən “Cəngavərin hərəkəti” pyesinin təqdimatı keçirilib. Pyesin müəllifi Praqa Azərbaycan Evinin rəhbəri, tanınmış şair və dramaturq Leyla Begim Cəfərovadır. O, çıxışında tamaşanın səhnələşdirilməsi və təqdimatının təşkilində göstərilən dəstəyə görə Praqa Beynəlxalq Münasibətlər İnstitutunun rəhbəri Hana Hlavaçkovaya təşəkkür edib. “Cəngavərin hərəkəti”nin ilk dəfə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Praqa Azərbaycan Evində nümayiş olunduğunu bildirib. diaspor.gov.az/az/news-detail… #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #Azerbaijan #Çexiya
Azerbaijani Diaspora tweet media
Türkçe
0
3
10
129
Azerbaijani Diaspora
Azerbaijani Diaspora@DiasporaAz·
İrlandiyanın paytaxtı Dublindəki Azərbaycan icması Novruz bayramını xoş əhval-ruhiyyə ilə qarşılayıb. Onlar Novruz ənənələrini əks etdirən oyunlarla, musiqi proqramı ilə zəngin bayram şənliyi keçiriblər. Azərbaycan-İrlandiya Mədəniyyət Assosiasiyasının sədri, “Ashraf & Anna” musiqi məktəbinin direktoru, “Qızıl Saksofon” beynəlxalq müsabiqəsinin prezidenti Əşrəf Tağıyev bayramın tarixi, fəlsəfi mahiyyəti, adət-ənənələri haqqında geniş məlumat verib. Sosial ədalət, tolerantlıq, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən Novruz bayramının milli dəyərlərlə zəngin olduğunu vurğulayıb. diaspor.gov.az/az/news-detail… #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #Azerbaijan #İrlandiya
Azerbaijani Diaspora tweet media
Türkçe
0
2
9
90
Azerbaijani Diaspora
Azerbaijani Diaspora@DiasporaAz·
Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin müəllim və şagirdləri ilə görüş keçirilib. Ziyalıların da qatıldığı görüşdə mərkəzin fəaliyyəti və gələcək planları müzakirə olunub. Direktor Çiçək Hüseynova mərkəzin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və gənclərin inkişafına yönələn təşəbbüslər barədə məlumat verib. Əsas məqsədlərinin bölgədə yaşayan gənclərin təhsil imkanlarını genişləndirmək, onların dil biliklərini və intellektual potensialını inkişaf etdirmək, eyni zamanda Azərbaycan-Gürcüstan əlaqələrinə töhfə vermək olduğunu söyləyib. Mərkəzin layihələrinin icrasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyinin mühüm rol oynadığını vurğulayıb və buna görə təşəkkür edib. diaspor.gov.az/az/news-detail… #DiasporKomitəsi #Azərbaycan #Azerbaijan #Gürcüstan
Azerbaijani Diaspora tweet media
Türkçe
0
2
8
93
Azerbaijani Diaspora
Azerbaijani Diaspora@DiasporaAz·
Kanadanın Vankuver şəhərində yerləşən "Terri Foks" teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası nümayiş olunub. Operetta Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, “EventTop Cloud Services” şirkətinin dəstəyi, “Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının, “Turkuaz” Türk İncəsənət və Mədəniyyət Fondunun təşkilatçılığı ilə səhnələşdirilib. “Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının üzvlərinin iştirakı ilə müasir üslubda quruluş verilən tamaşanın premyerasında Azərbaycan diasporunun və müxtəlif millətlərin nümayəndələri bir araya gəlib. diaspor.gov.az/az/news-detail… #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #Azerbaijan #Kanada
Azerbaijani Diaspora tweet media
Türkçe
0
3
9
111
Azerbaijani Diaspora
Azerbaijani Diaspora@DiasporaAz·
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olunub. Tədbirdə Misirdə yaşayan və təhsil alan azərbaycanlılar, onların ailə üzvləri, həmçinin Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları iştirak ediblər. Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və Misirdə fəaliyyət göstərən Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov diaspor fəaliyyətindən və cəmiyyətin gördüyü işlərdən bəhs edib. O, xüsusilə təhsil sahəsində həyata keçirilən layihələrə toxunub, cəmiyyətin təşkil etdiyi kurslar və maarifləndirici proqramlar haqqında məlumat verib. diaspor.gov.az/az/news-detail… #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #Azerbaijan #Misir
Azerbaijani Diaspora tweet media
Türkçe
0
2
8
122
Azerbaijani Diaspora
Azerbaijani Diaspora@DiasporaAz·
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Evində “Maarif” təşkilatının rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın təşəbbüsü ilə həmin ölkədəki soydaşımız müəllimlərlə görüş keçirilib. Görüşdə Gürcüstandakı azərbaycandilli məktəblərin problemləri, tədris keyfiyyətinin artırılması, gürcü və ana dilinin tədrisi, eləcə də “1+4” proqramı və digər təhsil məsələləri müzakirə olunub. Çıxışçılar azərbaycandilli məktəblərdə həm gürcü, həm də ana dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıb, dərs prosesinin müvafiq qurumlar tərəfindən monitorinqin gücləndirilməsinin zəruriliyindən bəhs ediblər. diaspor.gov.az/az/news-detail… #DiasporKomitəsi #Azərbaycan #Azerbaijan #Gürcüstan
Azerbaijani Diaspora tweet media
Türkçe
1
2
7
78
Azerbaijani Diaspora
Azerbaijani Diaspora@DiasporaAz·
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə səfəri çərçivəsində İzmir valisi Süleyman Elbanla görüşüb. Görüşdə Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib. Müzakirələr zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından danışılıb, İzmirdə yaşayan azərbaycanlıların diaspor fəaliyyəti, cəmiyyətə inteqrasiyası, təhsil və iş imkanları, həmçinin mədəni əməkdaşlıq və ictimai diplomatiya istiqamətlərində birgə təşəbbüslərin artırılması diqqət mərkəzinə gətirilib. diaspor.gov.az/az/news-detail… #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #Azerbaijan #Türkiyə
Azerbaijani Diaspora tweet media
Türkçe
0
3
9
227
Azerbaijani Diaspora
Azerbaijani Diaspora@DiasporaAz·
Moldova Azərbaycanlıları Konqresi həftəlik “Novruz xonçası” adlı yeni layihəyə start verib. Layihənin məqsədi Novruzun milli adət-ənənələrini təbliğ etmək və bu dəyərlərin Moldovada yaşayan soydaşlarımız arasında yaşadılmasına töhfə verməkdir. Kampaniya müddətində martın 16-dan etibarən Moldovada yaşayan 200 azərbaycanlı ailəyə “Novruz xonçası” hədiyyə ediləcək. Novruz bayramının vacib atributlarından sayılan xonçanın bəzədilməsi ənənəsi qədim dövrlərdən bəri mövcuddur və il təhvil olmazdan əvvəl hazırlanır. diaspor.gov.az/az/news-detail… #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #Azerbaijan #Moldova #Novruz
Azerbaijani Diaspora tweet media
Türkçe
1
3
8
125