Zaqatalanın Göyəm kəndində yaşayan ailənin evindən zorla çıxarıldığı iddia olunur. Deyilir ki, hətta məhkəmə qərarı belə yoxdur. İcra məmurları isə 2 azyaşlı uşağa qarşı zor tətbiq edir.
Eyni mövzu! Eyni kadrlar! Eyni adamlar! Hətta eyni mətn! İTV və REAL TV eyni yalanı necə tirajlayıb? Ehtiyacı olan isanlar üçün qurulan çadırlar haqqında reportajda hər iki kanalın necə manipulyasiya etdiyini göstəririk!
30 gün inzibati həbs cəzası alan Nida-çı Elmir Abbasov Sumqayıt Polis İdarəsində işgəncəyə məruz qalıb.
Onu evinin qabağından oğurlayandan sonra maşında və idarədə döyüblər.
Elmir Abbasovu İlham Əliyevlə bağlı yazdıqlarını silmədiyi halda ağır işgəncələrlə təhdid ediblər.
Nidaçı fəal Elmir Abbasov bir neçə gün öncə Sumqayıt polisi tərəfindən saxlanılıb. Məlumat Elmir Abbasovun vəkili Zibeydə Zəkəriyyəyeva tərəfindən təsdiqlənib. Elmir Abbasov İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, 30 sutka müddətinə inzibati həbsə məhkum edilib.