Rashad Aslanov retweetledi

Forum çərçivəsində #İtaliya Respublikasının kənd təsərrüfatı, ərzaq suverenliyi və meşə təsərrüfatı naziri cənab Françesko Lollobrigida, İtaliya Ticarət Agentliyinin prezidenti Matteo Zoppas və İtaliya iş adamları ilə görüşdük.
Görüş zamanı Azərbaycan ilə İtaliya arasında mövcud əməkdaşlıq münasibətlərinin səviyyəsi, əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə olundu.
Müzakirələr çərçivəsində işğaldan azad edilmiş ərazilərdə mövcud olan əlverişli #investisiya imkanları, eləcə də #Orta #dəhlizin yaratdığı perspektivlər İtaliya nümayəndə heyətinin diqqətinə çatdırıldı.
Həmçinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC ilə İtaliyanın aparıcı fermer təşkilatı “Coldiretti”, habelə aqrar və kənd təsərrüfatı sənayesini birləşdirən “Filiera Italia” Assosiasiyası arasında əməkdaşlığa dair #memorandum imzalandı.


Türkçe




























