Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin direktoru Kobuljon Akhmedov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdirinin birinci müavini Akramjon Fozilov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Dilşod Saidjanov və Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin şöbə müdiri Tokhir Umarov ilə görüşüb.
@HikmetHajiyev#ShushaGlobalMediaForum #ŞuşaQlobalMediaForum #GMF2026
Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir.
1xeber.media xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
#ShushaGlobalMediaForum #ŞuşaQlobalMediaForum #GMF2026
Prezident İlham Əliyevin iştirakı ilə “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu başladı #ShushaGlobalMediaForum #ŞuşaQlobalMediaForum #GMF2026
13-14 iyul tarixlərində Şuşada 4-cü Qlobal Media Forumu keçiriləcək.
1xeber.media xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən (MEDİA) bildirilib.
Məlumata görə, artıq nüfuzlu beynəlxalq platformalardan birinə çevrilmiş Şuşa Qlobal Media Forumu bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunacaq.
Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak edəcəyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.
Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil olunacaq.
#media#shusha#globalmediaforum
1xeber.media xəbər verir ki, NATO-ya üzv 32 ölkənin liderini və 40-dan çox tərəfdaş dövlətin nümayəndə heyətlərini bir araya gətirən Ankara Sammiti yalnız rəsmi bəyanatlarla deyil, pərdəarxası diplomatik təmaslar və strateji müzakirələrlə də dünya gündəminin əsas mövzusuna çevrilib. Sammit çərçivəsində ümumi iqtisadi gücü təxminən 70 trilyon dollar olan ölkələrin liderləri qlobal təhlükəsizlik, müdafiə siyasəti və yeni hərbi-strateji prioritetləri müzakirə edirlər.
Kritik görüşlər və pərdəarxası diplomatiya
Sammitin ən çox diqqət çəkən hadisələrindən biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilməsi planlaşdırılan ikitərəfli görüşdür.
Məlumata görə, Ankara bu görüşdə Türkiyənin F-35 qırıcı proqramına yenidən qoşulması məsələsini gündəmə gətirməyi, həmçinin müttəfiq ölkələrin müdafiə sənayesi sahəsində tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə etməyi planlaşdırır.
Bununla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Qara dənizdə təhlükəsizlik, regional sabitlik və Ankaranın vasitəçilik təşəbbüsləri ilə bağlı mövqeyini diqqətə çatdıracağı gözlənilir.
Diplomatik mənbələrin məlumatına görə, sammit çərçivəsində Türkiyə, Pakistan və Qətərin iştirakı ilə ABŞ və İran arasında davamlı atəşkəsin təmin olunmasına yönəlmiş qapalı diplomatik təmaslar da davam edir. Rəsmi təsdiqini tapmasa da, bu təşəbbüslərin regional gərginliyin azaldılması və dialoq imkanlarının genişləndirilməsi məqsədi daşıdığı bildirilir.
Ankara Sammitində qəbul ediləcək qərarların NATO-nun gələcək təhlükəsizlik strategiyasına, müdafiə sənayesinə və beynəlxalq geosiyasi proseslərə mühüm təsir göstərəcəyi gözlənilir.
ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirak etmək üçün Türkiyəyə yola düşüb.
ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirak etmək məqsədilə Türkiyəyə yollanarkən Air Force One prezident təyyarəsinə minib. Trampın sammit çərçivəsində NATO liderləri ilə təhlükəsizlik, müdafiə əməkdaşlığı və beynəlxalq gündəmdəki aktual məsələləri müzakirə edəcəyi gözlənilir.
President Trump departs Washington for the NATO summit in Turkey, saying he's making the trip for one reason: Turkish President Recep Tayyip Erdoğan.
"I'm going because of Erdoğan," Trump told reporters, calling the Turkish leader "a friend" and "a respected leader" while signaling the two nations could strengthen defense cooperation.
The NATO summit begins Tuesday in Ankara, where Trump is expected to meet with world leaders as security and regional conflicts top the agenda.