Azərbaycan Standartlaşdırma İnstitutu

791 posts

Azərbaycan Standartlaşdırma İnstitutu banner
Azərbaycan Standartlaşdırma İnstitutu

Azərbaycan Standartlaşdırma İnstitutu

@azstandart

E.İsaqzadə qəs., VII köndələn Katılım Nisan 2022
12 Takip Edilen48 Takipçiler
Azərbaycan Standartlaşdırma İnstitutu
Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndəsi #Türkiyə Respublikasının Ticarət Nazirliyi və Halal Akkreditasiya Qurumu (@TC_HAK_) tərəfindən keçirilən I Beynəlxalq Halal Akkreditasiya Konfransı, həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (@Tika_Turkiye) tərəfindən təşkil olunan “Halal akkreditasiya və kadrların sertifikatlaşdırılması” üzrə texniki təlimdə iştirak edib. Ətraflı – shorturl.at/e1V1W #Azstand #HAK
Azərbaycan Standartlaşdırma İnstitutu tweet mediaAzərbaycan Standartlaşdırma İnstitutu tweet mediaAzərbaycan Standartlaşdırma İnstitutu tweet media
Türkçe
0
1
2
108
Azərbaycan Standartlaşdırma İnstitutu
Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən nəqliyyat sektorunda yeni dövlət #standart-ları qəbul edilib. Yeni dövlət standartları nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək, sürücü və sərnişinlərin müdafiəsini gücləndirmək və müvafiq sahədə istehsalın #keyfiyyətin-i artırmaq məqsədilə qəbul edilib. Ətraflı – shorturl.at/0QUhg #Azstand #AZS
Azərbaycan Standartlaşdırma İnstitutu tweet media
Türkçe
0
0
0
8
Azərbaycan Standartlaşdırma İnstitutu
Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 941:2023 “Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər” #dövlətstandartı ləğv edilib. Ləğv edilən AZS 941:2023 “Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər” dövlət #standart-ı elektron siqaret məhsullarına, onlarda istifadə edilən maddələrə və komponentlərə aiddir. Ətraflı – shorturl.at/veVYB #Azstand #AZS
Azərbaycan Standartlaşdırma İnstitutu tweet media
Türkçe
0
0
0
9
Azərbaycan Standartlaşdırma İnstitutu
Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS OIC/SMIIC 9:2026 “Halal turizm xidmətləri. Ümumi tələblər” #dövlətstandartı qəbul edilib. Yeni dövlət #standart#halalturizm sahəsində xidmətlərin idarə edilməsinin təkmilləşdirilməsinə, həmçinin İslam qaydalarına uyğun turizm məhsul və xidmətlərinin təqdim edilməsinə və bu sahədə müştəri məmnuniyyətinin artırılmasına töhfə verəcək. Ətraflı – shorturl.at/chSAo #Azstand #AZS
Azərbaycan Standartlaşdırma İnstitutu tweet media
Türkçe
0
0
0
9
Azərbaycan Standartlaşdırma İnstitutu
#WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən birgə hazırlanmış və tədbirlərin təşkili sahəsində müasir ekoloji və idarəetmə yanaşmalarının tətbiqinə yönəlmiş AZS ISO 20121:2026 “Tədbir davamlılığının idarəetmə sistemləri” #dövlətstandartı-nın təqdimatı keçirilib. Ətraflı – shorturl.at/gOk16 #WUF13Azerbaijan #Azstand
Azərbaycan Standartlaşdırma İnstitutu tweet mediaAzərbaycan Standartlaşdırma İnstitutu tweet media
Türkçe
0
0
0
23
Azərbaycan Standartlaşdırma İnstitutu
Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən “Təbii mineral müalicəvi içməli və balneoloji su ehtiyatları” #standartlaşdırma üzrə #TexnikiKomitə-nin (AZSTAND/TK 55) ilk iclası keçirilib. İclas zamanı təbii mineral müalicəvi içməli və balneoloji sulara dair yeni #dövlətstandartı layihəsinin hazırlanması müzakirə edilib. Ətraflı – shorturl.at/5Xojl #Azstand
Azərbaycan Standartlaşdırma İnstitutu tweet media
Türkçe
0
0
0
164
Azərbaycan Standartlaşdırma İnstitutu
Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən sənaye təhlükəsizliyi sahəsinə dair yeni dövlət #standart-ları qəbul edilib. Yeni dövlət standartları sənaye sahəsində təhlükəsizlik tələblərinin vahid və şəffaf şəkildə tətbiqinə, məhsul və avadanlıqların sınaq və uyğunluğun qiymətləndirilməsi proseslərinin beynəlxalq təcrübəyə uyğun aparılmasına imkan yaradacaq. Ətraflı – shorturl.at/kyiYh #Azstand #AZS #DövlətStandartı
Azərbaycan Standartlaşdırma İnstitutu tweet media
Türkçe
0
0
0
7
Azərbaycan Standartlaşdırma İnstitutu
Azərbaycan Standartlaşdırma İnstitutu və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu #Azexport portalının nümayəndələri arasında görüş baş tutub. Görüşdə yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və #ixrac potensialının dəstəklənməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ətraflı – shorturl.at/A2kbq #Azstand
Azərbaycan Standartlaşdırma İnstitutu tweet media
Türkçe
0
0
0
4
Azərbaycan Standartlaşdırma İnstitutu
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzində (İMEM) “Qiymətli metallar və qiymətli daşlar” #standartlaşdırma üzrə #TexnikiKomitə-nin (AZSTAND TK/36) növbəti iclası keçirilib. İclas zamanı AZSTAND TK/36-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub, görülmüş işlər ətrafında müzakirələr aparılıb. Ətraflı – shorturl.at/15NgM #Azstand
Azərbaycan Standartlaşdırma İnstitutu tweet mediaAzərbaycan Standartlaşdırma İnstitutu tweet media
Türkçe
0
0
0
3
Azərbaycan Standartlaşdırma İnstitutu
Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən nəqliyyat sektorunda təhlükəsizliyin, ekoloji göstəricilərin və texniki uyğunluğun artırılması məqsədilə yeni dövlət #standart-ları qəbul edilib. Yeni #dövlətstandartları-nın qəbulu yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsini, nəqliyyat vasitələrinin konstruktiv və texniki göstəricilərinin beynəlxalq normativ tələblərlə uyğunlaşdırılmasını, nəqliyyat vasitələrinin rəsmi təsdiq və istehsal uyğunluğu prosedurlarının daha da təkmilləşdirilməsini, eləcə də sərnişinlərin, xüsusilə uşaqların mühafizəsinin artırılmasını təmin edəcək. Ətraflı – shorturl.at/GfntP #Azstand #AZS
Azərbaycan Standartlaşdırma İnstitutu tweet media
Türkçe
0
0
0
9